Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə19/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   15   16   17   18   19   20   21   22   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

25 



158. (Ey mö’minlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət 

nişanələrindəndir). Evi (Kə’bəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən 

şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs 

(vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı 

qalandır (əvəzini verəndir), (onu) biləndir.  

159. Kitabda (Tövratda) insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz 

nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lə’nətinə düçar 

olar və bütün lə’nət edə bilənlər də onlara lə’nət oxuyar.  

160. Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli 

edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!  

161. Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların 

lə’nəti olsun!  

162. Onlar həmişəlik lə’nət içərisində qalarlar. (Qiyamətdə) onların əzabı əskilməz və 

üzlərinə də baxılmaz (üzrləri qəbul olunmaz).  

163. Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, 

mərhəmətlidir.  

164. Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz 

etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə 

üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən 

diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram 

edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın 

hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.  

165. İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən 

kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. 

Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xabərləri olsaydı, onlar 

bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şıddətli 

olacağını bilərdilər.  

166. O zaman tabe olunmuşlar (bütpərəstlərin rəisləri) tabe olanlardan 

(bütpərəstlərdən) uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və 

aralarındakı rabitə qırılacaqdır.  

167. O zaman (bütpərəstlərə) tabe olanlar: "Əgər bir də (dünyaya) qayıda bilsəydik, 

onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq", - deyərlər. Beləcə 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin