Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə27/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   23   24   25   26   27   28   29   30   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

33 



224. Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq 

barəsindəki andlarınıza Allahı (Allahın adını) hədəf (dəstavüz) etməyin! Allah 

eşidəndir, biləndir!  

225. Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin 

qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən içib yerinə yetirmədiyiniz 

andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!  

226. Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti 

vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək 

şərtilə) bağışlayandır, rəhm edəndir.  

227. Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz ki, Allah (onların niyyətlərini) 

eşidəndir, biləndir.  

228. Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) 

gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın 

onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə 

müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox 

haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, 

(qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq 

əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, 

hikmət sahibidir.  

229. (Ric’i) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq 

(qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) 

Onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb etməniz 

sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini 

yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət 

hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən 

siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün 

günah yoxdur. Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın. 

Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır.  

230. Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə 

getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-

arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları 

təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar 

anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir). 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin