Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
30
199. Sonra camaatın döndüyü yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin,
şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!
200. Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada
saldiğınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bə’zisi: "Ey Rəbbimiz, bizə nə
verəcəksənsə, elə bu dünyada ver!" - deyirlər. Belə şəxslərin axirətdə heç bir payı
yoxdur!
201. Bə’ziləri isə: "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi
cəhənnəm əzabından qoru!" deyirlər.
202. Belə şəxslərin qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat
gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!
203. (Ey hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr
edin). Tələsərək iki gündə (zülhiccənin on birinci və on ikinci günlərində Minadan
Məkkəyə) qayıdana heç bir günah gəlməz. Eləcə də yubanana (zülhiccənin on üçüncü
günü Minada qalana) heç bir günah tutulmaz. Bu (günah tutulmaması), müttəqilərə
aiddir. Allahdan qorxun və Onun yanında (hüzurunda) toplanacağınızı bilin!
204. (Ya Rəsulum!) İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri
sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid
göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.
205. (O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam
cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!
206. Ona: "Allahdan qorx!" - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər.
Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!
207. İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası
üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!
208. Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə
getməyin, çünki o sizin açıq düşməninizdir!
209. Əgər bu qədər aşkar dəlil (ayələr) gəldikdən sonra siz yenə də doğru yoldan
azarsınızsa, o zaman bilin ki, Allah da qüvvət, hikmət sahibidir!
|