Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
32
Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri
(vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və
orada əbədi qalacaqlar!
218. Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah
yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır,
rəhm edəndir!
219. (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə:
"Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır.
Lakin günahları mənfəətlərindən daha böyükdür"! (Allah yolunda) nəyi paylamalı
olduqlarını soruşanlara isə de: "Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!"
Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.
220. Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual
edənlərə söylə: "Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq
xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin
qardaşlarınızdır". Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər
Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət
sahibidir!
221. Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla
evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir
müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə
qədər mö’min qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir
kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik
qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə,
məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara
hökmlərini aydınlaşdırır.
222. (Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli
bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər
onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən
(buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" Allah (günahından) tövbə edənləri, (təmiz
və) pak olanları sevər!
223. (Ey mö’minlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda
öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan
qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman
gətirənlərə (Cənnətlə) müjdə ver!
|