Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
29
192. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah
bağışlayandır, rəhm edəndir!
193. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha
məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz
də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.
194. (Döyüş) haram olan ay [hicrətin 7-ci ilinin zülqə’də ayı) (döyüş)] haram olan ay
(hicrətin 6-cı ilinin zülqə’də ayı) müqabilindədir. Hörmətlər qarşılıqlıdır.Sizə qarşı
həddini aşanlara siz də həmim ölçüdə həddi aşın (cavab verin).Allahdan qorxun
(qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.
195. (Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın,
yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.
196. Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada
sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə
(Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ihramda ikən, ziyarət zamanı)
sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını
qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud
da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc
vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan
kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və
(vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu
(ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara
aiddir.Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
197. Həcc (mövsümü) mə’lum olan aylardır (şəvval, zülqə’də ayları və zülhiccənin
birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən)
şəxsə həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş
etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün)
tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey
ağıl sahibləri, Məndən qorxun!
198. (Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah
deyildir.Ərəfatdan qayıdarkən Məş’ərülhəramda Allahı xatırlayın. Sizi doğru yola
yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu)
azanlardan idiniz!
|