Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə20/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   16   17   18   19   20   21   22   23   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

26 



(qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət 

olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.  

168. Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə 

getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.  

169. O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi 

deməyi əmr edər.  

170. Onlara (bütpərəstlərə) : "Allahın göndərdiyinə (Qur’ana) tabe olun!" -deyildiyi 

zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!" -deyirlər. Bəs ataları bir 

şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)  

171. Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara 

(heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.  

172. Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin! Əgər 

Allaha ibadət edirsinizsə, (bu ne’mətlərə görə) Ona şükür edin!  

173. O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı 

ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda 

(başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə 

qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah 

bağışlayandır, mərhəmətlidir!  

174. Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini) 

gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq 

oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. 

Onları şiddətli əzab gözləyir!  

175. Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış 

kəslərdir. Onlar cəhənnəm oduna necə də səbrlidirlər!  

176. Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Qur’anı) haqq olaraq 

göndərmişdir. Lakin kitab barəsində müxtəlif rə’ydə olanlar (onun hökmlərinin 

bə’zisini qəbul, bə’zisini rədd edənlər, bə’zisini gizlədənlər, bə’zisini isə təhrif edib 

dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər.  

177. Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən 

ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba 

(Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin