Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə29/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   25   26   27   28   29   30   31   32   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

35 



öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə 

onlara bir şey (müt’ə) versin!  

237. Kəbin haqlarını tə’yin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl 

boşayarsınızsa, tə’yin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla 

belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) 

kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız 

(güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! 

Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.  

238. (Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, 

ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).  

239. Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə 

və ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, 

bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər və Qur’an vasitəsilə) nə cür 

öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!  

240. Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin 

qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını (vərəsələrinə) 

vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların 

qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz 

günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!  

241. Boşanan qadınları qəbul olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq 

müttəqilərin vəzifəsidir.  

242. Allah sizə Öz ayələrini, (hökmlərini) bu qaydada aydınlaşdırır ki, düşünüb 

anlayasınız (əqlinizə batsın).  

243. (Ya Rəsulum!) Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib 

getdiklərini görmədinmi? Allah onlara: "Ölün!" - dedi və sonra da (yenidən) diriltdi. 

Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!  

244. Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir!  

245. Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah 

da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini 

azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin 

əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin