arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
43
hamısı Rəbbimizin dərgahındandır", - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk
edərlər.
8. Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq,
əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən,
(bəndələrinə mərhəmət, ne’mət) bəxş edənsən!
9. Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir
yerə) toplayan Sənsən. Allah Öz və’dəsindən əsla dönməz!
10. Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında (axirətdə) heç
bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!
11. Bunların adəti Fir’on camaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir!
Onlar Bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı.
Allahın əzabı şiddətlidir!
12. (Ya Rəsulum!) Kafir olanlara de: "Siz (tezliklə) məğlub olacaq və Cəhənnəmə
sürüklənəcəksiniz!" (Cəhənnəm) necə də pis yerdir!
13. (Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-
qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah
yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Mö’minlər üç yüz on üç nəfər, kafirlər isə
təqribən min nəfər idilər). (Mö’minlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz
gözləri ilə görürdülər. (Yaxud kafirlər mö’minləri iki özləri qədər, yə’ni təxminən iki
min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yə’ni altı yüzdən bir qədər çox
görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr
əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir.
14. Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri
kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün)
bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.
15. (Ya Rəsulum!) Söylə: "Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər
verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları)
altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü
orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük ne’mət olan) Allah rizası
(razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!
16. O bəndələr ki: "Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı
bağışlayıb bizi cəhənnəm əzabından qoru!" - deyirlər.
|