Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
45
26. (Ya Rəsulum!) De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər,
istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir.
Həqiqətən, Sən hər şeyə qadirsən!
27. Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü
çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən".
28. Mö’minlər mö’minləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə
dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-
qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz)
müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir! (Hamı
Allahın hüzuruna qayıdacaqdır!)
29. (Ya Rəsulum!) De: "Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi
yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər
şeyə qadirdir!
30. O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək
və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz
əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!"
31. (Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da
sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"
32. Söylə: "Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz
döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!"
33. Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar,
bəşər övladı) üzərində seçilmiş (üstün) etdi.
34. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!
35. (Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): "Ey Rəbbim, bətnimdəkini Sənə
xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən
eşidənsən, bilənsən!" - dediyini xatırla!
36. Onu (bətnindəkini) doğduğu zaman: "Ey Rəbbim! Mən qız doğdum", - söylədi.
Halbuki, Allah onun nə doğduğunu və oğlanın qiz kimi olmadığını yaxşı bilirdi.
(Hənnə: ) "Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məl’un (daşqalaq
olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram" (dedi).
|