Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə443/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   439   440   441   442   443   444   445   446   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

457 



28. Budur Allahın düşmənlərinin cəzası - Cəhənnəm (cəhənnəm odu)! Ayələrimizi inkar 

etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır!  

29. Kafir olanlar deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları 

bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!"  

30. Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm 

ayağında) mələklər nazil olub (belə deyəcəklər): "Qorxmayın və kədərlənməyin! Sizə 

və’d olunan Cənnətlə sevinin!  

31. Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün 

nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır.  

32. Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!"  

33. (Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Mən müsəlmanlardanam!" - deyən 

kəsdən daha gözəl danışan kim ola bilər?!  

34. Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! 

(Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) 

Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!  

35. Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük 

qismət (savab, fəzilət) sahiblərinə əta olunur!  

36. Əgər sənə Şeytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə (fəsad toxunsa), 

Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!  

37. Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət 

edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə 

edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)!  

38. Əgər (müşriklər Allaha səcdə etməyə) təkəbbür göstərsələr (bilsinlər ki, bunun 

zərəri Allaha deyil, ancaq özlərinədir). Çünki (Ya Rəsulum!) Sənin Rəbbinin dərgahında 

olanlar (mələklər) gecə-gündüz usanmadan Onu təqdis edib şə’ninə tə’riflər deyərlər.  

39. Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz 

ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, 

ölüləri də dirildəcəkdir. Həqiqətən, O, (Allah) hər şeyə qadirdir!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   439   440   441   442   443   444   445   446   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin