Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
460
.
42
.
əş-Şura
(Şura) surəsi
(Məkkədə nazil olmuşdur, 53 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ha, Mim!
2. Eyn, Sin, Qaf!
3. (Ya Rəsulum!) Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə
(keçmiş peyğəmbərlərə) belə vəhy edir!
4. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən)
uludur!
5. Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb
dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının)
bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!
6. (Ya Peyğəmbər!) Allahdan başqasını dost tutanlar üzərində Allah Özü nəzarətçidir.
Sən onlara zamin deyilsən! (Sənin vəzifən yalnız risaləti, Allahın hökmlərini təbliğ
etməkdir!)
7. (Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün
başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm
olacağı) toplanış (qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Qur’an vəhy
etdik. (Axirətdə insanların) bir qismi (mö’minlər) Cənnətdə, bir qismi (kafirlər) isə
Cəhənnəmdə olacaqdır!
Bizim email:
Dostları ilə paylaş: |