Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
463
25. Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də
O bilir.
26. İman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz ne’mətini onlara artıran
da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!
27. Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer
üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox)
ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə nə
qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində
eləsi vardır ki, çörəyi artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də
vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl
uzadar).
28. (İnsanlar) ümidsizliyə qapılandan sonra, yağmur göndərən, ne’mətini (yağışını) açıb
paylayan Odur. İxtiyar sahibi Odur. Tə’rifə (şükrə) layiq olan da Odur.
29. Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət
nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir!
30. Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz
əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu
əfv edər.
31. Siz (Allahı) yer üzündə aciz buraxa bilməzsiniz (Onun əzabından qaçıb canınızı
qurtara bilməzsiniz). Allahdan başqa sizin nə bir himayədarınız olar, nə də bir imdada
yetəniniz!
32. Dənizdə (uca) dağlar kimi üzən (gəmilər) də Onun (qüdrət) əlamətlərindəndir.
33. Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar (nə
irəli, nə də geri gedə bilərlər). Həqiqətən, bunda (əziyyətlərə) çox səbr edən,
(ne’mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!
34. Yaxud onları (gəmi əhlini) qazandıqlarına (günahlarına) görə məhv edər və bir
çoxunu bağışlayar!
35. Bizim ayələrimiz (qüdrət nişanələrimiz) barəsində mübahisə edənlər bilsinlər ki,
onlar üçün (əzabımızdan) qaçıb can qurtarmağa heç bir yer yoxudur!
|