Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
466
.
43
.
əz-Zuxruf
(Qızıl bəzəklər) surəsi
(Məkkədə nazil olmuşdur, 89 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ha, Mim!
2. (Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki,
3. Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik.
4. Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox
ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir).
5. Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına
buraxıb) Qur’anı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə,
sizi adam yerinə qoymayıb Qur’anla sizə öyüd-nəsihət verməməliyikmi?!)
6. Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik.
7. Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər!
8. Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik.
Əvvəlkilərin başına gələnlər (Qur’anda neçə yerdə) nəql olunub keçmişdir (bu
müşrikləri də belə bir cəza gözləyir).
Bizim email:
Dostları ilə paylaş: |