arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
467
9. Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): "Göyləri və yeri kim
yaratmışdır?" - deyə soruşsan, mütləq: "Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi)
bilən (Allah) yaratmışdır!" - deyə cavab verəcəklər.
10. O Allah ki, yeri sizin üçün beşik etdi və (istədiyiniz yerə) doğru-düzgün gedə
biləsiniz deyə, orada sizin üçün yollar saldı.
11. O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi.
Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən)
belə çıxardılacaqsınız!
12. Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar
olduğunuz gəmiləri və heyvanları yaratdı.
13. Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin
ne’mətini yada salaraq deyəsiniz: "Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir!
(Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı.
14. Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!"
15. Amma (müşriklər mələklər Allahın qızlarıdır deyə) Ona Öz bəndələrindən övlad
isnad etdilər. Həqiqətən, insan (Allahın ne’mətlərinə) açıq-aşkar naşükürdür!
16. Yoxsa O, yaratdıqlarından qızları Özünə övlad götürüb oğlanları sizə məxsus etdi?!
17. Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən,
qəzəbdən (hüzndən) boğularaq üzləri qapqara qaralar.
18. Onlar bərbəzək içində böyüdülüb, mübahisə (çəkişmə) zamanı bir dəlil gətirə
bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər?
19. Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin)
yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu
barədə) sorğu-sual olunacaqlar!
20. Onlar dedilər: "Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!"
Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur.
Onlar ancaq yalan danışarlar.
21. Yoxsa onlara bundan (bu Qur’andan) əvvəl bir kitab vermişik və onlar (Allahdan
başqasına ibadət etməyin mümkünlüyü barəsində) ona istinad edirlər?!
|