Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
470
45. Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən
və müxlis mö’minlərindən) soruş: "Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı
müəyyən etmişik?!"
46. Biz Musanı Öz mö’cüzələrimizlə Fir’on və onun ə’yan-əşrafının yanına
göndərmişdik. O demişdi: "Mən aləmlərin Rəbbinin elçisiyəm!"
47. (Musa) mö’cüzələrimizi onlara gətirər-gətirməz onlar bu mö’cüzələrə lağ edib
gülmüşdülər.
48. Onlara bir-birindən böyük olan mö’cüzələr göstərdik, onları əzabla yaxaladıq
(cürbəcür müsibətlərə düçar etdik) ki, bəlkə, (haqq yola) qayıdalar!
49. Onlar dedilər: "Ey sehrbaz! (Dualarını qəbul edəcəyi barədə) səninlə olan əhdi
hörmətinə Rəbbinə bizdən ötrü dua et (ki, bizi bəladan qurtarsın). Biz mütləq doğru
yola gələcəyik!"
50. Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.
51. Fir’on öz qövmünə müraciət edib dedi: "Ey qövmüm! Məgər Misir səltənəti,
altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! Məgər (mənim
qüdrətimi) görmürsünüzmü?!
52. Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə) aydın deyə
bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha üstün) deyiləmmi?!
53. (Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və
onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli
deyildimi?!"
54. Beləliklə, (Fir’on) öz qövmünü yelbeyin (yüngül) yerinə qodu, onlar da ona itaət
etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da
peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir
qövm idilər!
55. (Fir’on əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (suya) qərq etdik.
56. Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.
57. (Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü.
(Müşriklərə xitabən: "Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq
|