arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
475
10. (Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün
müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib yerlə göyün arasını,
sanki bir duman bürüdüyünü görəcəklər!)
11. (Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır! (Doğrudan da,
Qüreyş müşriklərinə küfrləri üzündən belə bir aclıq üz vermiş, onlar çarəsizlikdən
napak şeyləri belə yeməyə məcbur olmuşlar).
12. (Belə bir bəlaya uğrayan müşriklər deyəcəklər: ) "Ey Rəbbimiz! Bizi bu əzabdan
qurtar. Biz, həqiqətən iman gətirəcəyik!" (Məkkə müşriklərinin bu yalvarışından sonra
Peyğəmbər əleyhissəlam Allaha dua etmiş, Allah da onları həmin bəladan qurtarmışdı.
Lakin müşriklərin çoxu öz sözünün üstündə durmamışdı).
13. Onlara hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki onlara açıq-aşkar bir peyğəmbər
gəldi,
14. Onlar isə ondan üz çevirib belə dedilər: "(Bu başqası tərəfindən) öyrədilmiş bir
divanədir! (Özü heç bir şey bilmir, Qur’anı kimsə ona öyrədir)".
15. Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə (yenidən küfrə) qayıdacaqsınız!
16. Onları lap möhkəm yaxalayacağımız gün (qiyamət, yaxud Bədr vuruşu günü),
şübhəsiz ki, Biz (onlardan) intiqam alacağıq!
17. And olsun ki, Biz onlardan əvvəl Fir’on qövmünü imtahana çəkmişdik. Onlara
möhtərəm bir peyğəmbər (Musa) gəlmişdi.
18. (O demişdi: ) "Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən
sizin üçün mö’təbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir
peyğəmbərəm!
19. Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə (dediklərimin
düzgünlüyünü sübut edən) açıq-aşkar bir dəlil gətirmişəm!"
20. (Onlar Musanı daşqalaq edəcəkləri ilə hədələdilər. Musa dedi: ) "Mən sizin məni
daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram!
21. Əgər mənə iman gətirməyəcəksinizsə, məndən uzaq olun!"
22. Sonra (Musa) Rəbbinə belə dua etdi: "Həqiqətən, bunlar günahkar bir qövmdür!
(Pərvərdigara! Bunlara layiq olduqları cəzanı ver!)"
|