Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
476
23. (Allah buyurdu: ) "Bəndələrimi (İsrail oğullarını) götürüb gecə ikən onlarla yola çıx.
Siz (Fir’on və onun qövmü tərəfindən) tə’qib olunacaqsınız!
24. Dənizi də açıq (və sakit) burax! (Dəryanı - Nil çayını keçdikdən sonra əsanı suya
vurub orada açılmış yolları bağlama. Qoy Fir’on və qoşunu dəryada yollar açıldığını
görüb ora girsinlər). Onlar suya qərq olacaq əsgərlərdir!"
25. (Fir’onun bütün ə’yan-əşrafı və əsgərləri boğulub tələf oldular). Onlar (özlərindən
sonra) neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;
26. Neçə-neçə əkinlər, gözəl yerlər (möhtəşəm qəsrlər).
27. Və zövq aldıqları neçə-neçə ne’mətlər (tərk etdilər).
28. (Onları) belə (cəzalandırdıq) və ona (onların sərvətlərinə, mülklərinə) başqalarını
(İsrail oğullarını) varis etdik!
29. Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara (tövbə etməyə) imkan da verilmədi!
(Əksinə, elə bu dünyada cəzalarına çatdılar; axirət əzabı isə daha şiddətli olacaqdır.
Budur küfrün nəticəsi!)
30. İsrail oğularını isə o alçaldıcı əzabdan qurtardıq,
31. Fir’ondan (xilas etdik). Həqiqətən, o, təkəbbür göstərən, həddi aşanlardan idi!
32. And olsun ki, Biz onları (İsrail övladını) Özümüz bilə-bilə aləmlərdən (bir hikməti-
ilahi ilə zəmanələrindəki bəşər əhlindən) üstün tutduq.
33. Onlara (özlərini necə aparacaqlarını bilmək üçün) hər biri açıq-aşkar bir imtahan
olan mö’cüzələr (dənizin yarılması, bildirçin əti, qüdrət halvası və s.) verdik.
34. (Ya Peyğəmbər!) Bunlar (sənin qövmünün müşrikləri) mütləq deyəcəklər:
35. "Bu (ölüm) elə bizim ilk (və son) ölümümüzdür ki var. Biz bir daha dirildiləcək
deyilik!
36. Əgər (öləndən sonra Allahın bizi dirildəcəyini) doğru deyirsinizsə, (bizdən qabaq
ölmüş) atalarımızı (dirildib) gətirin görək!"
37. (Ya Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) yaxşıdır (qüvvətlidir), yoxsa (Yəmən
padşahlarından Tövrata inanan Əbu Kərb Əs’ədin) Tübbə’ qövmü, yaxud onlardan
|