arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
479
.
45
.
əl-Casiyə
(Diz çökmüş camaat) surəsi
(Məkkədə nazil olmuşdur, 37 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ha, Mim!
2. Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi (olan Allah)
tərəfindəndir.
3. Həqiqətən, göylərdə və yerdə mö’minlər üçün ibrətlər vardır!
4. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi canlılarda tam
yəqinliklə inanlar üçün (Allahın birliyinə, qüdrət və əzəmətinə, qiyamət gününün haqq
olmasına dəlalət edən) əlamətlər vardır.
5. Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün
göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra
diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün
(Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır.
6. (Ya Peyğəmbər!) Bunlar Allahın ayələridir (qüdrət nişanələridir). Biz onları (Cəbrail
vasitəsilə) sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə (Qur’ana)
inanmadıqdan sonra hansı kəlama inanırlar?
7. Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!
Bizim email:
Dostları ilə paylaş: |