Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
477
əvvəlkilər?! (Ad, Səmud, Mədyən və Əykə tayfaları?!) Günah işlədikləri üçün Biz onları
məhv etdik.
38. Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!
39. Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (Məkkə müşriklərinin)
əksəriyyəti (bunu) bilməz!
40. Şübhəsiz ki, (haqqı batildən, yaxşını yamandan, mö’mini kafirdən) ayırd etmə günü
onların hamısının (bir yerdə olma) vaxtıdır!
41. O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! (Heç kəs heç
kəsdən Allahın əzabını dəf edə bilməz!)
42. Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz ki, O, yenilməz qüvvət, mərhəmət
sahibidir!
43. Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı
44. Günahkar (kafir) kimsənin yeməyidir!
45. O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar;
46. Qaynar su qaynayan kimi!
47. (Allah əzab mələklərinə buyurar: ) "Onu tutub Cəhənnəmin tən ortasına sürüyün!
48. Sonra başına əzab olaraq qaynar su tökün!
49. (Və ona belə deyin: ) "(Bu əzabı) bir dad görək! Sən ki (öz aləmində) çox qüvvətli,
möhtərəm bir şəxs idin!"
50. Bu, (dünyada ikən) şəkk etdiyiniz (əzabdır)!
51. Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə -
52. Bağçalarda və bulaqlar başında olacaqlar!
53. Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
54. (Mö’minlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə
evləndirəcəyik.
Bizim email:
Dostları ilə paylaş: |