Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə445/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   441   442   443   444   445   446   447   448   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

459 



50. Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək 

(dadızdırsaq), mütləq: "Bu elə mənim haqqımdır. Qiyamətin (qiyamət saatının) 

qopacağını güman etmirəm. Doğrudan da, əgər Rəbbimin hüzuruna qaytarılıb 

gətirilsəm, Onun dərgahında məni ən gözəl ne’mət (Cənnət) gözləyir!" - deyər. Biz kafir 

olanlara (dünyada) nə etdiklərini mütləq (bir-bir) xəbər verəcək və sözsüz ki, onlara 

şiddətli bir əzab daddıracağıq.  

51. (Kafir, naşükür) insana ne’mət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, 

(haqdan) uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua 

edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona yalvarar).  

52. (Ya Peyğəmbər! O kafirlərə) de: "Bir söyləyin görək, əgər (bu Qur’an) Allah 

dərgahındandırsa və sonra siz də onu inkar edibsinizsə, (sizin kimi haqdan) uzaq bir 

nifaq (ədavət) içində olan kəsdən (haqq yolu) daha çox azmış kim ola bilər?!  

53. Onun (Qur’anın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət 

nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin 

ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər 

Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!  

54. (Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları (qiyamət günü dirilib 

haqq-hesab üçün Allahın hüzurunda duracaqları) barədə şəkk-şübhə içindədirlər. Və 

yenə bil ki, O (Öz elmi və qüdrəti ilə) hər şeyi ehtiva edəndir!  

 

 



 

 

 



 

 

 



 

 

 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   441   442   443   444   445   446   447   448   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin