Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
486
15. Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara
yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə
gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə
müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə
deyər: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin ne’mətə
şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh
et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!
(Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)"
16. Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz
və onlara verilmiş doğru və’də görə cənnət əhli içərisində olacaq kimsələrdir!
17. (Özünü Allaha, axirət gününə iman gətirməyə də’vət edən) ata-anasına: "Tfu sizə!
Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz
mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı və’d edirsiniz?! - deyən
kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: "Vay halına! (Ay yazıq) inan,
Allahın və’di haqdır!" - deyərlər. O isə: "Bu (dedikləriniz) qədimlərin əfsanələrindən
(yalan sözlərdən) başqa bir şey deyildir!" - deyə cavab verər.
18. Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir) ümmətlərlə
birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi kimsələrdir. Onlar,
doğrudan da, ziyana uğrayanlardır!
19. Hamının (mö’minlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və
Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı)
əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz.
20. Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə
götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün
(onlara məzəmmətlə belə deyiləcəkdir): "Siz dünyada həyatınızda (bütün ne’mətləri
görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi
xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür
göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla
cəzalandırılacaqsınız!"
21. (Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən
əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan
qövmünə belə demişdi: "Allahdan başqasına ibadət etməyin. Mən böyük günün
(qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"
|