arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
494
.
48
.
əl-Fəth
(Fəth) surəsi
(Mədinədə nazil olmuşdur, 29 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan,
Kə’bənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb
olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!
2. Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan
ne’mətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!
3. Allah sənə yenilməz qələbə verəcəkdir!
4. Mö’minlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından)
arxayınlıq (rahatlıq və mə’nəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki
ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın
tutulması, günəşin batması və i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar
vasitəsilə intiqam alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
5. (Cihad əmri ona görədir ki) Allah mö’min kişiləri və qadınları əbədi qalacaqları,
(ağacları) altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarının üstünü
örtsün. Bu, Allah dərgahında böyük qurtuluşdur (uğurdur)!
6. (Cihad əmri həm də ona görədir ki) Allah (Muhəmmədin Rəbbi nə Muhəmmədin
özünə, nə də mö’minlərə kömək edəcəkdir -deyə) Onun barəsində bədgüman
(bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin.
Bizim email:
Dostları ilə paylaş: |