arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
495
Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah)
onlara lə’nət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis
məskəndir!
7. Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi,
hikmət sahibidir!
8. (Ya Rəsulum!) Həqiqətən, Biz səni (bəşər övladına) bir şahid, bir müjdəçi və (Allahın
əzablı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.
9. (Biz onu göndərdik ki, siz insanlar) Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona
(Allaha, yaxud Peyğəmbərə) yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız
və (Allahı) səhər-axşam təqdis edib şə’ninə tə’riflər deyəsiniz!
10. (Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında bey’əti-rizvanla) sənə
bey’ət edənlər, şübhəsiz ki, Allaha bey’ət etmiş olurlar. Allahın (qüdrət) əli onların
əllərinin üstündədir. Kim (bey’əti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri
yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük
mükafat verər!
11. (Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: "Mal-dövlətimiz
və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim
bağışlanmağımızı dilə!" Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de:
"Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim
mane ola bilər?!" Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!
12. Yoxsa (ey münafiqlər!) siz elə güman edirdiniz ki, Peyğəmbər və mö’minlər
(döyüşdə həlak olub) bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş
gəlmiş və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz. Və (elə buna görə də) siz məhvə
düçar edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz!
13. Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün
cəhənnəm odu hazırlamışıq!
14. Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də
əzab verər. Allah bağışlayandır, rəhm edəndir!
15. Siz (Xeybərə) qənimət əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə səfərinə)
getməyənlər (səfərdən geri qalanlar) deyəcəklər: "Qoyun biz də sizin arxanızca gələk!"
Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə səfərinə getməyib evdə oturanları heç yerə
aparma!) sözünü dəyişdirmək istəyirlər. (Ya Peyğəmbər! Onlara) de: "Siz əsla bizim
|