Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
492
27. Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə
olacaq?
28. Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə (Şeytana itaət etməyə) uymaları və
(Allaha) xoş gedən şeyi (kafirlərlə vuruşmağı) bəyənmədiklərinə görədir. Elə buna görə
də (Allah) onların əməllərini puç etdi.
29. Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah
onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!
30. (Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən
də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar
deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq
tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir! (Bu ayə nazil olduqdan sonra
tanınmayan münafiqlər qorxudan ağızlarını açıb bir kəlmə danışmırdılar).
31. (Ey mö’minlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr
edənləri ayırd edib bilmək (ümmətə mə’lum etmək) üçün sizi imtahana çəkəcək və sizə
dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə
əzəldən bildikləri - kimin həqiqi, kimin yalançı mö’min olduğu zahirə çıxıb Onun bütün
bəndələrinə bəlli olsun!)
32. Şübhəsiz ki, kafirlər, (insanları) Allah yolundan döndərənlər və doğru yol özlərinə
bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər.
(Allah) onların bütün əməllərini puç edəcəkdir!
33. Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya,
küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!
34. Kafir olanları, (insanları) Allah yolundan döndərənləri, sonra da kafir kimi ölənləri,
şübhəsiz ki, Allah bağışlamayacaqdır!
35. Buna görə də (cihada) zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz
zaman (onları) sülhə də’vət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş
(mükafatsız) buraxmaz!
36. Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və (pis
əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir. O sizdən mal-
dövlətinizi (tamamilə Allah yolunda sərf etməyi) istəməz (yalnız zəkat verməyinizi
istəyər).
|