Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
488
31. Ey qövmümüz! Allahın carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona
iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas
edər!
32. Allahın carçısını qəbul etməyən (bilsin ki) yer üzündə qaçıb canını Ondan (Onun
əzabından) qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz.
Belələri açıq-aşkar (haqq yoldan) azmışlar!"
33. Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın
ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!
34. Kafirlər cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm əzabını dadacaqları) gün
(onlardan soruşulacaqdır): "Məgər bu (daddığınız əzab) doğru deyilmi?!" Onlar: "Bəli,
Rəbbimizə and olsun (ki, doğrudur)!" - deyə cavab verəcəklər. (Allah) buyuracaqdır:
"Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!"
35. (Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi
kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab)
gəlməsini istəmə. Onlar və’d olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir
saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Qur’an Allah dərgahından sizə olan)
bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə
ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)
Bizim email:
Dostları ilə paylaş: |