Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə482/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   478   479   480   481   482   483   484   485   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

496 



arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur" Onlar deyəcəklər: Xeyr, 

siz bizə paxıllıq edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)". Xeyr, 

onlar özləri çox az qanan kimsələrdir!  

16. (Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de: "Siz (bir müddətdən sonra) 

çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da 

onlar dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət etsəniz, 

Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən) üz 

çevirsəniz, (Allah) sizə ağrılı-acılı bir əzab verər".  

17. (Cihada getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də 

xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) 

altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlardan) üz döndərsə, (Allah) onu 

şiddətli bir əzaba düçar edər!  

18. (Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə bey’ət etdikləri 

zaman Allah mö’minlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq 

qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq 

(rahatlıq, səbir, səbat, mə’nəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq 

bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.  

19. Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz 

qüvvət sahibi, hikmət sahibidir!  

20. Allah sizə çox-çox qənimətlər və’d buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu 

(Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Mö’minlərə işarə olsun və sizi doğru 

yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi (Xeybərdə 

müttəfiqlərin, yaxud Məkkə müşriklərinin müqavimətini qırdı).  

21. Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də (Allahın sizə Məkkənin fəthini, 

yaxud Hüneyn vuruşu, İranın fəthi və sonrakı neçə-neçə döyüşlər zamanı əldə ediləcək 

qənimətlər və’d buyurmuşdur). Allah onları (öz elmi ilə) ehtiva etmişdir. Allah hər şeyə 

qadirdir!  

22. Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa 

çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.  

23. (Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən 

Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən! (Həmişə 

peyğəmbərlər və mö’minlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar).  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   478   479   480   481   482   483   484   485   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin