Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə483/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   479   480   481   482   483   484   485   486   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

497 



24. Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hüdeybiyyədə) 

onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla 

vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiklərinizi görəndir! (Peyğəmbər 

əshabəsi ilə Hüdeybiyyədə yerləşdiyi zaman səksən silahli Məkkə müşriki 

müsəlmanlara hücum etmək istəmiş, lakin əsir tutulub Peyğəmbərin yanına gətirilmiş, 

o da onlara heç bir cəza verməyib hamısını azad etmişdi. Muhəmməd əleyhissəlamın 

bu lütfü Hüdeybiyyə sülhünün imzalanmasına səbəb olmuşdu).  

25. Küfr edənlər də, sizin Məscidülhərama daxil olmağınıza maneçilik törədənlər də, 

qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır 

(Məkkə müşrikləridir). Əgər (Məkkədə) tanımadığınız mö’min kişi və qadınları 

bilmədən ayaq altına alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı 

olmasaydı (Allah siz mö’minlərin hamılıqla Məkkəyə daxil olmasına izin verərdi). 

Amma Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (o zaman buna izin 

vermədi). Əgər onlar (mö’minlərlə kafirlər) bir-birindən seçilib ayrılmış olsaydılar, Biz 

onlardan (Məkkə əhlindən) kafir olanları şiddətli bir əzaba düçar edərdik!  

26. Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları (Hüdeybiyyə 

sazişinə "bismillahir-rəhmanir-rəhim", "Muhəmmədun rəsulullah" sözlərini yazmaqdan 

imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd əleyhissəlamın Məkkəyə daxil 

olmasına razılıq vermədikləri) zaman Allah Peyğəmbərinə və mö’minlərə öz 

dərgahından arxayınlıq (qəlb rahatlığı, mə’nəvi möhkəmlik) göndərmiş və onlara təqva 

gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah" sözünü) xas etmişdi. Onların bu 

sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi 

biləndir!  

27. And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö’yasının çin olduğunu 

təsdiq etdi. (Ey mö’minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə’ziniz) başınızı qırxdırmış, 

(bə’ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil 

olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə 

(Xeybərin fəthini) də bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin 

yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və ziyarətdən əvvəl 

Xeybəri fəth etdi. Buna görə də bir işə girişməzdən əvvəl mütləq "inşallah" demək 

lazımdır!)  

28. Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu 

göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! 

Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   479   480   481   482   483   484   485   486   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin