Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
505
36. Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə
nəsilləri məhv etdik. (Onlar: ) "Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer
varmı?" (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar.
37. Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə)
hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!
38. And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və
Bizə heç bir yorğunluq da üz vermədi.
39. (Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün
doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şə’ninə təriflər de!
40. Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)!
41. (Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun
səsini) dinlə! (O gün İsrafil uca səslə: "Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış
oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək
üçün yenidən birləşməyi buyurur!" - deyəcək və suru ikinci dəfə üfürəcəkdir).
42. O gün (bütün yaranmışlar) dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya
eşidəcəklər. O gün (qəbirlərdən) çıxma günüdür!
43. Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. (Axır) dönüş də Bizim hüzurumuzadır!
44. O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sür’ətlə (torpağın altından,
qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə
toplanacaqları məhşər günüdür).
45. Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən
(onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxablara
Qur’anla öyüd-nəsihət ver!
|