Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
513
28. Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və’dinə sadiq)
kərəm sahibidir, rəhm edəndir!"
29. Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne’məti
(nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!
30. Yoxsa onlar (sənin barəndə): "(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun
başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!" - deyirlər.
31. De: "Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti)
gözlələyənlərdənəm!"
32. Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr,
onlar azğın bir qövmdürlər.
33. Yoxsa onlar: "Onu (Qur’anı) özündən uydurdun!" - deyirlər. Xeyr, onlar (həsədləri,
təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.
34. Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur’an) kimi bir kəlam gətirsinlər!
35. Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini)
yaradanlardır?!
36. Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!
37. Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar
hakimdirlər?!
38. Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy
onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!
39. Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!
40. Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat)
istəyirsən və onlar ağır borc yükü altındadırlar?!
41. Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının
olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?)
42. Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o
tələyə düşəcəklər!
|