Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
522
23. Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları)
yalan saymışdı.
24. Onlar demişdilər: "Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz
onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!
25. Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının,
lovğanın biridir!"
26. (Biz Saleh peyğəmbərə təsəlli verib dedik: ) "Onlara kimin yalançı, kimin lovğa
olduğunu sabah mütləq biləcəklər!
27. Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə
edəcəyini gözlə və (əziyyətlərinə də) döz!
28. Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir
gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!"
29. Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub
kəsdi.
30. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
31. Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal
(heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.
32. And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə
asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
33. Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan
saymışdı.
34. Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız
Lutun ailəsini səhər çağı xilas etdik;
35. Dərgahımızdan bir lütf olaraq! Biz (ne’mətimizə) şükür edəni belə
mükafatlandırırıq!
36. And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə
(xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.
|