Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
517
28. Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola
bilməz!
29. Artıq (ya Peyğəmbər!) Bizim Qur’anımızdan üz çevirib dünya həyatından başqa bir
şey istəməyənlərdən üz döndər!
30. Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da,
doğru yolda olanı da ən gözəl tanıyandır!
31. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin
cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!
32. (O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan
və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi
torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən
gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən
çəkinənin kim olduğunu ən gözəl biləndir!
33. (Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni,
34. Bir az (pul, mal) verib (qalanına) xəsislik göstərəni?
35. Məgər o, qeybi bilirmi ki, (öz dostunun əzabına yüklənə biləcəyini) görsün?!
(Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik
onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və
demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə və islamı atıb öz dininə
qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz
döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə və’d etdiyi məbləğin hamısını deyil, bir
qismini vermişdi).
36. Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi?!
37. Və (əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin
(sühüfündəkilər bildirilmədi?!)
38. (Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır: ) "Heç bir günahkar
başqasının günahına yüklənməz!
39. İnsana ancaq öz zəhməti (sə’yi, çalışması, əməli) qalar!
40. Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə’yi, əməli) görünəcəkdir!
|