62. (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
520
.
54
.
əl-Qəmər
(Ay) surəsi
(Məkkədə nazil olmuşdur, 55 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö’cüzəsi ilə) parçalandı.
2. Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq
edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: "(Bu, uzun müddət) davam edən
bir sehrdir!" - deyərlər.
3. Onlar (ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib
etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır!
(Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd
əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)
4. And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
5. (Bu Qur’an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri
möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!
6. Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis
(dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!
7. Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi
qəbirlərindən çıxacaqlar.
8. Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: "Bu nə çətin bir gündür!"
- deyəcəklər.