Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə508/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   504   505   506   507   508   509   510   511   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

523 



37. Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim 

etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) "İndi əzabımı və təhdidlərimi 

dadın!" - (dedik).  

38. And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir 

əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).  

39. (Onlara: ) "İndi əzabımı və təhdidlərimi dadın!" (dedik).  

40. And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə 

asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!  

41. And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Fir’on əhlinə 

də gəlib çatmışdı.  

42. Onlar ayələrimizin (mö’cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları 

yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.  

43. (Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) 

kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!  

44. Yoxsa onlar: "Biz (Muhəmməd və mö’minlərdən) intiqam ala biləcək bir zümrəyik!" 

- deyirlər?  

45. (Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!  

46. Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır 

(daha şiddətlidir).  

47. Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) 

cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik 

içindədirlər).  

48. O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): "Duyun Cəhənnəmin 

(ələmini) təmasını!" (deyiləcəkdir).  

49. Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.  

50. Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq 

istədikdə ona bircə dəfə: "Ol !" - deyərik, o da dərhal olar!)  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   504   505   506   507   508   509   510   511   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin