Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə506/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   502   503   504   505   506   507   508   509   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

521 



9. Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib 

etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: "(Bu) divanədir!" - demişdilər. Ona (risaləti 

təbliğ etmək) qadağan edilmişdi.  

10. (Nuh) Rəbbinə dua edib: "Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də 

(onlardan) intiqam al!" - dedi.  

11. Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq.  

12. Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) 

sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-

birinə qovuşdu.  

13. Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış 

gəmiyə mindirdik.  

14. (Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) 

gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.  

15. And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri 

sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul 

edən) varmı?!  

16. Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!  

17. And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə 

asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!  

18. Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və 

qorxutmağım necə oldu!  

19. Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək 

göndərdik.  

20. O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.  

21. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!  

22. And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə 

asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   502   503   504   505   506   507   508   509   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin