Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
518
41. Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!"
42. Həqiqətən, axır dönüş sənin Rəbbinədir!
43. Güldürən də, ağladan da Odur!
44. Öldürən də, dirildən də Odur!
45. (İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq
yaradan Odur -
46. (Bir qərtə) nütfədən (o, ata belindən analığa) axıb tökülərkən.
47. (Ölüləri) yenidən diriltmək də Ona aiddir!
48. (İstədiyini) dövlətli də edən, kasıb da edən Odur!
49. Şi’ranın (Şi’ra ulduzunun) da Rəbbi Odur!
50. Əvvəlki (ilkin) Adı (Ad qövmünü) O məhv etdi.
51. Səmudu da həmçinin! Və (onlardan heç kəsi sağ) buraxmadı.
52. Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr
idi.
53. (Lut qövmünün yurdu) Mö’təfikənin də altını üstünə O çevirdi (qaldırıb yerə
vurdu).
54. Onları nələr sardı, nələr! (Başlarına nə müsibətlər gəldi!)
55. (Ey insan!) Sən öz Rəbbinin hansı ne’mətlərinə şəkk edirsən?!
56. Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın
əzabı ilə) qorxudan bir peyğəmbərdir!
57. (Ey insanlar!) Yaxınlaşam (qiyamət) yaxınlaşdı.
58. Onu Allahdan başqa heç kəs dəf edə bilməz! (Və ya: onun dəqiq vaxtını Allahdan
başqa heç kəs bilməz!)
59. İndi siz bu kəlama (Qur’ana) təəccübmü edirsiniz?
Bizim email:
Dostları ilə paylaş: |