arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
515
.
53
.
ən-Nəcm
(Ulduz) surəsi
(Məkkədə nazil olmuşdur, 62 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki,
2. Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır!
3. O, kefi istəyəni (havadan) danışmır.
4. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.
5. Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi.
6. O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində)
göründü.
7. O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi.
8. Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.
9. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.
10. Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi.
11. Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam
gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı).
12. Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?
Bizim email:
Dostları ilə paylaş: |