arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
511
.
52
.
ət-Tur
(Dağ) surəsi
(Məkkədə nazil olmuşdur, 49 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;
2. And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) -
3. Açıq dəri üzərində (olan kitaba);
4. And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura;
5. And olsun yüksək tavana (uca göyə)
6. Və dolub daşan (alovlanan) dənizə ki,
7. Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!
8. Onu heç kəs dəf edə bilməz!
9. O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),
10. Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.
11. O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!
12. O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.
13. O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.
Bizim email:
Dostları ilə paylaş: |