Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
508
28. (İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya
düşdü. Onlar: "Qorxma!" - dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya
gələcəyi) ilə müjdə verdilər.
29. (Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq
dedi: "Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)"
30. Onlar: "Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi)
biləndir!" - dedilər.
31. (Sonra İbrahim) dedi: "Ey elçilər! Sizin işiniz nədir?"
32. Onlar dedilər: "Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik.
33. Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik).
34. (Elə daşlar ki, onlara pozğunluqla məşğul olub) həddi aşanlar üçün sənin Rəbbinin
dərgahında xüsusi nişan qoyulmuşdur!"
35. Nəhayət, (Lut qövmünü məhv etmək üçün) orada (Sədumda) olan mö’minləri
çıxartdıq.
36. Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman (tövhid dinində olan)
tapmadıq.
37. Və orada (axirətdəki) şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. (Lut
qövmünün Şamla Hicaz arasında yerləşən yurdunu xaraba qoyub altını üstünə
çevirdik. Bu, Məkkə müşrikləri üçün də bir ibrət dərsi olmalıdır).
38. Musanın hekayətində də (bir ibrət dərsi vardır). O zaman Biz onu Fir’onun yanına
açıq-aşkar bir dəlillə göndərmişdik.
39. O, bütün ə’yanları (və qoşunu) ilə birlikdə (imandan) üz döndərib (Musa barəsində):
"Bu sehrbazdır, yaxud da dəlidir!" - demişdi.
40. Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş
görmüşdü (allahlıq iddiasına düşmüşdü).
41. Adın (Ad qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz
onların üstünə hər şeyi qurudub məhv edən (xeyirsiz) bir külək göndərmişdik.
|