arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
507
12. Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.
13. O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.
14. (Mələklər onlara deyəcəklər: ) "Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik
gəlməsini istədiyiniz şeydir (əzabdır)!"
15. Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;
16. Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər
etmişdilər.
17. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.
18. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.
19. Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var
idi.
20. Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə,
vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
21. Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər
görmürsünüz?
22. Göydə də ruzinin (yağış, qar) və və’d olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə
və’d olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).
23. Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız
(dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.
24. (Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib
çatdımı?
25. Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə):
"Bunlar tanımadığım kimsələrdir!" -dedi.
26. O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi.
27. Onu qabaqlarına (qonaqların qabağına) qoyub: "Bəlkə, yeyəsiniz!" - dedi.
|