Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
506
.
51
.
əz-Zariyat
(Sovurub dağıdan küləklər) surəsi
(Məkkədə nazil olmuşdur, 60 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Toz-torpağı) sovurub-dağıdan küləklərə;
2. Yağış yüklü buludlara;
3. Asanlıqla üzüb gedən gəmilərə;
4. Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,
5. Sizə və’d olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).
6. Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür!
7. (Cürbəcür ulduz) yolları olan göyə and olsun ki,
8. (Ey müşriklər!) Sizin (Qur’an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz
müxtəlifdir (bə’ziniz Qur’ana şe’r, Peyğəmbərə şair, bə’ziniz də Qur’ana kahinlik əsəri,
Peyğəmbərə kahin deyirsiniz).
9. Ondan (Qur’andan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan
kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qur’andan və
Peyğəmbərdən də elə o dönər!)
10. Məhv olsun yalançılar! (Allah onlara lə’nət eləsin!)
11. O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!
Bizim email:
Dostları ilə paylaş: |