98
.
əl-Bəyyinə
(Açıq-aydın dəlil) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə
açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.
2. (Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş
peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).
3. O səhifələrdə doğru-dürüst hökmlər vardır.
4. Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra
(dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar
etdi, kimisi də şəkk-şübhə içində qaldı).
5. Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən
haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din
budur!
Bizim email:
Dostları ilə paylaş: |