arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
636
6. Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur.
Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.
7. İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.
8. Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn
cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan.
Bu (ne’mətlər) Rəbbindən qorxanlar üçündür!
.
99
.
əz-Zilzal
(Zəlzələ) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
2. Yer öz yükünü çıxardıb atacağı zaman;
3. İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" - deyəcəyi zaman -
4. Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -
5. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!
6. O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-
dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).
7. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir
(mükafatını alacaqdır).
8. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını
çəkəcəkdir).
Bizim email:
Dostları ilə paylaş: |