Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə68/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   64   65   66   67   68   69   70   71   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

74 



qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, 

onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən 

şəxsin özü) mö’min olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt 

(öldürülən şəxs) mö’min bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd 

(müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə 

bərabər, mö’min bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa 

bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası 

kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

93. Hər kəs bir mö’min şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı 

Cəhənnəmdir. Allah ona qəzəb və lə’nət edər, (axirətdə) onun üçün böyük əzab 

hazırlar!  

94. Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman 

diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya 

həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mö’min deyilsən!" deməyin! Halbuki 

çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin 

Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) 

diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!  

95. Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən mö’minlərlə Allah 

yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah 

malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) 

dərəcə e’tibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) və’d etmişdir. 

(Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz 

vermişdir.  

96. (Onları) Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah 

bağışlayandır, rəhm edəndir.  

97. Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət 

etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: "Siz (hicrət zamanı) nə işdə idiniz?" 

Onlar söyləyəcəklər: "Biz yer üzərində zəif (aciz) kəslər idik." (Mələklər də onlara: ) 

"Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?" - deyəcəklər. Onların 

sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!  

98. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar 

müstəsnadır.  

99. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin