Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
77
120. (Şeytan) onlara (müşriklərə) və’dlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan
onlara yalnız yalan və’dlər verir.
121. Onların (Şeytana uyanların) yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə
tapmazlar.
122. İman gətirib yaxşı işlər görənləri isə, Biz (ağacları) altından çaylar axan cənnətlərə
daxil edəcəyik. Allahın haqq olan və’di üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan
daha doğru danışan kimdir?!
123. Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik
edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir
imdada yetən tapacaqdır!
124. Mö’min olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar.
Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!
125. Yaxşı əməl sahibi olun ozünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə)
tabe olan şəxsdən din e’tibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi
(Özünə) dost tutmuşdur!
126. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və
qüdrətilə) ehtiva etmişdir.
127. (Ya Rəsulum!) Səndən qadınlar barəsində fətva (əsasında hökm çıxarılan şər’i
məsləhət) istəyirlər. De ki: "Onlar barəsində fətvanı sizə Allah və Kitabdan (Qur’andan)
sizə oxunan (ayələr) verir. Onlar verilməsi vacib olanı (mirası) özlərinə verməyərək
evlənmək istədiyiniz yetim qızlar (qadınlar) və aciz uşaqlar haqqında, həmçinin
yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir". Sizin etdiyiniz bütün xeyirli
işləri, şübhəsiz ki, Allah bilir!
128. Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən
qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir
günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq)
həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan)
çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah ediyiniz hər bir işdən
xəbərdardır!
129. Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi
bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli
kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə
|