Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
76
109. (Ey xainləri müdafiə edənlər!) Budur, siz dünyada onlardan ötru (onların xeyrinə)
mübahisə etdiniz, bəs qiyamət günü kim onlardan ötrü Allahla mübahisə edəcəkdir?
Yaxud onlara kim vəkil olacaqdır?
110. Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan
bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.
111. Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar.
Allah hər şeyi biləndir, hikmət sahibidir!
112. Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa,
şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar (günah üstündən
günah qazanar).
113. (Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir
dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən
qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə
Qur’anı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!
114. Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi,
yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin
söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə)
böyük mükafat verəcəyik!
115. Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib
mö’minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola
yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.
116. Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi
kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.
117. (Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə,
Nailəyə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər.
118. Allah ona (Şeytana) lə’nət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə
dedi: "Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam".
119. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının
qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb
Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.
|