Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
80
150. Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq
istəyənlər. "Biz peyğəmbərlərdən bə’zisinə inanır, bə’zilərinə isə inanmırıq",- deyənlər
və bunun (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər -
151. Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab
hazırlamışıq!
152. Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən
ayırmayan şəxslərə Allah Özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah
bağışlayandır, rəhm edəndir!
153. (Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara göydən (birdəfəlik) bir kitab
endirməyini istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş
və: "Bizə Allahı aşkar göstər!" - demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım
vurmuşdu. Sonra onlara açıq-aydın mö’cüzələr gəldiyi halda, buzova sitayiş etmişdilər.
Biz bundan da (onların bu günahından da) keçdik və Musaya açıq-aşkar dəlil (parlaq
mö’cüzələr) verdik.
154. Əhdə riayət etsinlər deyə, Tur dağını onların (başları) üzərinə qaldırdıq və onlara:
"Qapıdan (ibadət çadırının qapısından) səcdə edərək daxil olun, şənbə gününün qayda-
qanununu pozmayın!" - dedik. Və onlardan möhkəm əhd aldıq.
155. Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri,
peyğəmbərləri haqsız yerə öldürdükləri və: "Ürəklərimiz pərdəlidir!" - dedikləri
ucundan (Allahın lə’nətinə düçar oldular). Bəli, öz küfrləri üzündən Allah onların
ürəklərinə möhür vurmuşdur (kilidləmişdir). Buna görə də onların yalnız az bir hissəsi
iman gətirər.
156. Onlar həm də küfr etdikləri (İsanı inkar etdikləri) və Məryəmə qarşı böyük bir
böhtan dedikləri üçün (lə’nətə düçar oldular).
157. (Onların lə’nətə düçar olmalarının bir səbəbi də: ) "Biz, Allahın elçisi Məryəm oğlu
İsa əl-Məsihi öldürdük", - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa
çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun
(şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair
heç bir mə’lumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı)
öldürməmişdilər.
158. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət
sahibi, hikmət sahibidir!
|