Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə155/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   151   152   153   154   155   156   157   158   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

162 



 

 

 



 

.

10

.  

Yunus

  

(Yunus əleyhissəlam) surəsi (Məkkədə nazil olmuşdur, 109 ayədir)  

Bismillahir-rəhmanir-rəhim!  

1. Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın (Qur’anın) ayələridir!  

2. İçərilərindən bir adama: "İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı 

əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy 

etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir 

sehrbazdır!" dedilər.  

3. Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan 

(ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç 

bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-

nəsihət qəbul etməyəcəksiniz?  

4. Hamınızın (axır) dönüşü Onadır. Bu, Allahın haqq olan və’didir. (Hamınız Onun 

hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib 

yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir. 

Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli bir əzab 

gözləyir!  

5. Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün 

mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, 

ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!  



Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin