Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
257
95. O (Zülqərneyn) dedi: "Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə
verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.)
mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!
96. Mənə dəmir parçaları gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını
(dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: "(Körükləri) üfürün!" - dedi. (Onlar
körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: "Mənə ərimiş mis gətirin,
onun üstünə tökün!" dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın
dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi).
97. (Yə’cuc-Mə’cuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.
98. O (Zülqərneyn) dedi: "Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin
tə’yin etdiyi vaxt (qiyamətə yaxın Yə’cuc-Mə’cüc tayfalarının dünyanı bürüyəcəyi
zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin və’di
haqdır!" (Allahın buyurduğu hər bir şey, o cümlədən İsgəndərin səddinin dağılması,
Yə’cuc-Mə’cuc tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad
törətməsi, nəhayət bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir).
99. O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-
başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları
bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur çalınan kimi onların (məxluqatın)
hamısını bir yerə cəm edərik.
100. O gün Biz Cəhənnəmi (gətirib) kafirlərə əyanən göstərərik.
101. O kəslər ki, gözləri Məni anmaqdan qapalı (pərdəli) idi və eşitməyə də qadir
deyildilər. (Onlar Qur’anın ülviyyətini, Mənim ayələrimi, qüdrətimə dəlalət edən
əlamətləri görmür, öyüd-nəsihətlərimi də eşitmirdilər).
102. Kafirlər Məni qoyub qullarımı (mələkləri, Üzeyiri, İsanı və başqalarını) özlərinə
dost (hami) edəcəklərinimi güman edirlər? (Xeyr, onlar bəndələrimi Mənim əzabımdan
əsla qurtara bilməzlər). Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq!
103. (Ya Rəsulum!) De: "Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar
barəsində xəbər verimmi?"
104. O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər
gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.
|