Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
265
Allahın əmri olmadan yerə enib heç bir ayə gətirə bilməz. Onun yer üzünə nə vaxt
enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyuruğu ilədir. Allaha isə insandan fərqli
olaraq unutmaq xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini unutmaz. İstədiyin bu və
ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən başqa heç kəsin
bilmədiyi müəyyən bir hikməti-ilahi ilə bağlıdır. Ona görə də belə şeydən ötrü ürəyini
qısma!)
65. O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et
və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını
daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç
zaman onlara Allah adını verməzlər).
66. (Qiyaməti inkar edən) insan: "Mən öldükdən sonra (qəbirdən) dirimi
çıxardılacağam?" - deyə soruşur.
67. Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?
68. (Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla
birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz
üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik.
69. Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq (araya
gətirəcəyik).
70. Sonra (onlardan) Cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz
daha yaxşı bilirik.
71. Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu
vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü
üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən
yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum
olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra
Cənnətə qayıdacaqdır).
72. Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə
orada diz üstə çökmüş halda saxlayacağıq!
73. Ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman kafir olanlar iman gətirənlərdən:
"Bu iki tayfadan hansının (bizim, yoxsa sizin) məqamı daha yaxşı, hansının məclisi
daha gözəldir?" - deyə soruşarlar.
|