Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə256/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   252   253   254   255   256   257   258   259   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

266 



74. Halbuki Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik ki, onlar mal-dövlət və 

simaca (bu kafirlərdən) daha üstün (daha gözəl) idilər.  

75. (Ya Rəsulum!) De: "(Bizdən və sizdən) kim zəlalət içindədirsə, qoy Rəhman ona (öz 

zəlalətində qalmaq üçün) uzun müddət möhlət versin". Nəhayət, və’d olunduqları ya 

əzabı, ya da qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin 

tərəfdarlarının daha zəif olduğunu biləcəklər.  

76. Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə 

Rəbbinin yanında savab e’tibarilə daha xeyirli, nəticə e’tibarilə daha yaxşıdır!  

77. (Ya Rəsulum!) Ayələrimizi inkar edib: "(Əgər qiyamət qopsa, axirətdə) mənə mütləq 

mal-dövlət və övlad veriləcəkdir!" - deyən adamı (As ibn Vaili) gördünmü?  

78. Görəsən, o, qeybə vaqif olmuş, yoxsa Rəhmandan (bu barədə) söz (əhd) almışdır?!  

79. Xeyr, onun dediklərini (əməl dəftərinə) yazacaq, əzabını artırdıqca artıracağıq.  

80. Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha 

gələcəkdir. (Bütün malını və övladını əlindən alacağıq və o məhşərə ilk dəfə dünyaya 

gəldiyi kimi lüt-üryan, heç kimsiz və heç nəsiz gələcəkdir).  

81. (Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını 

onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər.  

82. Xeyr, (qiyamət günü tanrıları) onların ibadətini danacaq və onlara düşmən 

olacaqlar.  

83. (Ya Rəsulum!) Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən 

şeytanları göndərdiyimizi görmədinmi?  

84. Elə isə onlardan ötrü (onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların 

günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər. Biz 

müəyyən müddətdən sonra onların cəzasını verəcəyik).  

85. O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər 

(şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik.  

86. Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin